Загрузка...

Məşhurların məşhur övladları

11.02.2020 | 31 | 0

Məşhurlarımız hər zaman göz önündədir. Bəziləri uşaq vaxtlarından, bəziləri isə sonradan həvəsə gəlib sənətdə addımlar atan məşhurların övladları məşhurluqda öz valideynlərindən heç də geri qalmırlar.

Siyahının önündə Xalq artisti Aygün Kazımovanın biricik qızı - lap kiçik yaşlarından anası ilə birlikdə səhnələrə çıxan, hətta kliplərində belə çəkilən İlqarədir.

Möhtəşəm toyu ilə hələ də müzakirə olunan Əməkdar artist Aybəniz Haşımovanın gözəl qızı Aynişan Quliyeva da məşhurların cərgəsindədir.

Çalışqanlığı, yeni-yeni ifaları, klipləri, fit görünüşü ilə gözləri oxşayan Rəqsanə İsmayılovanın özündən gözəl qızı Aysun hər zaman yaşıdlarından seçilməyi bacarır.

Xalq artisti Gülyaz Məmmədovanın oğlu Ramazan ilk addımlarını gitara ilə başlasa da, oxumağa üstünlük verir.

Məşhurların məşhur övladlarından söz düşdüsə, Əməkdar artist Rəhman Rəhmanovun istedadı ilə ürəkləri çoxdan fəth edən oğlu Emil Rəhmanovun adını çəkməsək, günah olar.

Nə düşünürsən?


<