Kərimdən həyat yoldaşına sevgi etirafı: “Bu dünyada məni ata edən, səni sevirəm"

  • 11.02.2020
  • 0

"Şou-biznesə gələndən hər bir söz eşitmişəm. Min cür maska görmüşəm. Ünvanıma min cür söz eşitmişəm. Hər şey deyilib. Məni tanıyan tanıyıb. Tanımaya-tanımaya haqqımda fikir bildirən insanlar məni özü kimi tanıyır”.

Bax.tv oxu.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Xəzər” TV-də yayımlanan "X Maqazin” proqramının "X adam” rubrikasında deyib. Verilişin aparıcısı Zümrüd Bədəlovanın "Qorxmursan, bu açıq sözlüyünə görə gözdən düşərsən?” sualına sənətçinin reaksiyası belə olub:

"Məni sevənlər artır. Çünki mənim kimi dürüst insanlar çoxdur”

Rubrikanın sonunda K.Abbasov efir vasitəsi ilə üzünü həyat yoldaşına tutaraq, ona eşq ismarıcı yollayıb:

"Necə xoşbəxt bir insan olmağı göstərən, bu dünyada məni ata edən, gözəl xanımım, həyat yoldaşım, başımın tacı – səni sevirəm. Səninlə qürur duyuram. Sən ki mənim kimi çətin bir insanla bir yerdə addım atırsan, böyük şəxsiyyətsən”.

Qeyd edək ki, müğənni K.Abbasov prodüser Təranə Səmədova ilə ayrıldıqdan sonra ikinci dəfə Təranə adlı xanımla ailə qurub. Onun bu evliliyindən Yusif adlı oğlu var.

Nə düşünürsən?