Qənirə Paşayeva: "Tovuzdan bir sot belə, torpaq almadım, biznes qurmadım”

  • 11.02.2020
  • 0

105 saylı Tovuz Seçki dairəsindən deputatlığa lider namizəd Qənirə Paşayeva video müraciət yayıb.


 


Oxu24.com-un xəbərinə görə, o, müraciətində seçicilərinə təşəkkürünü bildirib.


 


“Hər zaman sizin maraqlarınızı öz maraqlarımdan öndə tutdum. Millət vəkilli olduğum dövrdə nə özüm, nə də ailəm Tovuzdan bir sot belə, torpaq almadı. Biznes qurmadıq, heç bir vəzifədə qohumlarım çalışmadı... Milli Məclisdə sizin problemlərinizin həlli üçün əlimdən gələni etdim. Bundan sonra da sizin dəstəyinizlə daha əzmlə çalışacağam” – Q.Paşayeva qeyd edib.

Nə düşünürsən?