Загрузка...

Avtomobillər, təcili yardım və yanğınsöndürən

10.02.2020 | 45 | 0

Türkiyənin Samsun şəhərində dəhşətli qəza baş verib.

 

YPX.AZ xəbər verir ki, hadisə Atakum rayonu Nişantaşı küçəsində baş verib. Havanın qarlı və yolların buzlu olması nəticəsində avtomobil sürüşərək piyada səkisinə çırpılıb və tərs çevrilib. Bu zaman yol kənarındakı piayadalar qəzadan xilas olublar.

 

İnsanlar kömək etmək üçün avtomobilin ətrafında toplandığı zaman başqa bir avtomobil eynişəkildəqəzaya düşərək qəzaya düşən ilkavtomobil vəona kömək edən piyadaların üzərinə doğru gedir. Toplaşmış insanların arasından keçən avtomobil qorxu dolu anlar yaşadaraq insanlarda təşfişə səbəb olub. 

 

Hadisə yerinə gələn təcili yardım və yanğın söndürən maşınları da bir-biri ilə toqquşub. Hadisədə xəsarət alanlar haqqında məlumat verilməyib.

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?


<