"Sabina" Almaniyanı iflic etdi

  • 10.02.2020
  • 0

Almaniyanın şimal-qərbində güclənən "Sabina" qasırğası hava və dəmiryolu nəqliyyatında məhdudiyyətlərə səbəb olub.

Qasırğa səbəbindən "Köln" – "Münhenqladbax" matçı ertələnib.

Berlin, Frankfurt, Hamburq, Münhen, Köln-Bonn və Düsseldorf hava limanlarında 350-dən çox aviareys təxirə salınıb.

Bundan əlavə, Aşağı Saksoniya əyalətindən Şimal dənizi sahillərinə, Nordiç və Emdendən Oldenburqa nəzərdə tutulan dəmiryolu reyslərinin bir qismi təxirə salınıb, bir qismi də tamamən ləğv edilib.

Qasırğanın sürətinin saatda 110 km-ə çatacağı istisna edilmir.

Nə düşünürsən?