Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

  • 09.02.2020
  • 0

Şimal bölgəsinə güclü qar yağıb, yollar buz bağlayıb. Bəzi yerlərdə qarın qalınlığı 50-60 sm -dən çox olub. Güclü qar səbəbindən elektrik enerjisinin verilişində fasilələryaranıb. Bəzi bölgələrdə nəqliyyatınhərəkətiçətinləşib. Səhər saatlarından başlayaraq mərkəzi aran bölgəsinə də ilk qar yağıb.


Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin dəyişib və qar yağmağa başlayıb.Şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm,Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm olub. Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.


Şəkidə də havanın temperaturu 15 dərəcədən çox aşağı düşüb.Axşam saatlarından yağmağa başlayan qar bəzi yerlərdə 50-60 sm-dən çox olub ki bu da bir sıra çətinliklər yaradıb.Şəhərin bəzi yerlərində elektrik təchizatında fəsilələr olub.


Xüsusilə qar daha çox,Baş Göynük,Şin,Cunut,Baş Şabalıd,Oraban,Baş Küngüt və digər dağətəyi kəndlərdə müşayət olunub.


İsmayıllıda da axşam saatlarından qar yağmağa başlayıb.Burda qarın hündürlüyü 45-50 santimetrə çatıb.Qarlı hava Muğanlı-İsmayıllı dolaylarında bir sıra çətinliklər dəyaradıb.


Bu gün səhər saatlarından başlayaraq mərkəzi aran bölgəsinə də, ilk qar yağıb...Kəndlərdəqarın hündürlüyü 10-12 sm təşkil etsədə, rayon mərkəzinə 5-6 sm olub .


Səhər saatlarından qar yağan rayonlarda hərəkətin təmin edilməsi üçün yollardakı qar təmizlənib..Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev belə havada sürücülərə diqqətli olmağı tövsiyyə edib.


Bu arada yol polisi postlarda şimal bölgəsinə səfər edən sürücüləri saxladıb onlara, maksimum dərəcədə ara məsafəsinə və sürət həddinə diqqət etməyi tapşırıblar.

Nə düşünürsən?