"İnfarkt" olduğu deyilən Oqtay Əsədovla bağlı son xəbər

  • 09.02.2020
  • 0

Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

"Ölkə.Az" Turan-a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.

_________________

Fevralın 9-da informasiya agentliklərindən biri xəbər verib ki, Milli Məclisin (MM) Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

MM-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil:

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".

Nə düşünürsən?