Загрузка...

Mehman Hüseynov ilə məntəqə sədri arasında qalmaqal

09.02.2020 | 872 | 0

31 saylı Suraxanı ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində komissiya sədri ilə deputatlığa namizəd Mehman Hüseynov arasında qalmaqal yaşanıb.

Sfera.az xəbər verir ki, komissiya sədri deputatlığa namizəddən vəsiqəsini təqdim etməyi tələb edib.

Mehman Hüseynov sənədi təqdim edəcəyini bildirirək, komissiya sədrinə onunla uca səslə danışmamağı tələb edib. Elə bununla da deputatlığa namizədlə komissiya sədri arasıdna gərginlik başlayıb. Hər iki tərəfin səs tonu daha da artıb.

Komissiya sədri telefonunu çıxardaraq onu və jurnalistləri çəkib.

Qeyd edək ki, bir neçə gün öncə də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizədlər - bloger Mehman Hüseynov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev arasında rüşvət iddiası ilə bağlı qalmaqal yaranıb.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?

<