Avto magistralda zəncirvari qəza

  • 09.02.2020
  • 0

Türkiyənin Konya – Afyonkarahisar magistralında yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib.

YPX.AZ xəbər verir ki, Konya – Afyonkarahisar magistralında baş verən qəzada 20 nəfər yaralanıb. Yolların buz bağlaması səbəbindən təcili tibbi yardım maşınlarının əraziyə cəlb edilməsində çətinlik yaranıb. 

Belə ki, yük maşını, minik avtomobili və avtobusların iştirakı ilə baş verən qəzada çox sayda nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Hadisə  yerinə çox sayda təcili tibbi yardım, yol polisi və jandarma cəlb edilib. Çətinliklə hadisə yerinə çatan təcili tibbi yardım briqadası 20 yaralını xəstəxanalara çatdırıblar.

Qəzada iştirak edən avtomobillər ərazidən evakuasia ediliblər.

Nə düşünürsən?