Bakı küçələrində “Avtoş”luq edən Niva

  • 09.02.2020
  • 0

Son günlərdə avtoxuliqanlıq gündəm məsələlərdən birinə çevrilib. Artıq bu məsələ ilə bağlı bir sıra tədbirlər də görülür. Ancaq bəzi gənclərimiz yenə də öz əməllərindən geri qalmırlar.

YPX.AZ xəbər verir ki, Bakının İsmayıl Dağıstanlı küçəsində Heydər məscidinin arxasında bir qrup gənc küçədə avtoxuliqanlıq edən “Niva” markalı avtomobilə pərəstişkarlıq edir və onu video qeydə alırlar. 

Belə ki, sürücü sürətini artırır, manevrlər edir və avtomobili iki təkər üzərinə qaldırır. 

Qeyd edək ki, adı keçən ərazidə baş verən bu hal ilk deyilr.

Bu hadisənin əks olnduğu görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?