Qarlı yolda qalan sürücüyə YPX kömək etdi

  • 09.02.2020
  • 0

Dünən Gədəbəy rayonunda daha bir Yol Patrul Xidməti əməkdaşları nümunəvi addım nümayiş etdirərək vətəndaşların köməyinə çatıblar.


YPX.AZ xəbər verir ki, havanın qarlı olması ilə əlaqədar olaraq Gədəbəydə “Qazel” markalı yük maşını yoldan çıxaraq çətin vəziyyətdə qalıb. Bu zaman ərazi üzrə xidmətdə olan YPX əməkdaşlarının köməyi nəticəsində yaranan problem aradan qaldırılıb.

 

Belə ki, YPX əməkdaşları yolda sürüşkənliyin aradan qaldırılması məqsədi ilə yoldakı qar örtüyünün üzərinə torpaq ataraq digər avtomobillərin hərəkətinin rahatlığını təmin ediblər.


Hadisəni video qeydə alan oxucumuz bizə müraciət edərək, həmin YPX əməkdaşlarına təşəkkürünü bildirib və bunun ictimailəşdirilməsini xahiş edib.

 

Oxucumuzun bizə göndəridiyi video görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?