Qanunsuz "xidmət haqqı" tələb edən "porkovşik"

  • 08.02.2020
  • 0

Bu gün şəhərin bütün küçələrində parklama yerlərində xüsusi forma geyinmiş şəxslər dayanır. Həmin naməlum şəxslər parklama yerində avtomobil saxlayan hər kəsdən dayanacaq haqqı tələb edirlər.

YPX.AZ xəbər verir ki, belə bir hadisə ötən günlərdə sürücülərdən biri tərəfində qeydə alınıb.

Belə ki, sürücü avtomobilinə əyləşib hərəkətə başlamaq istəyən zaman özünü “paklanmaya nəzarət” edən işçi kimi tanıdan bir nəfər sürücüdən ödəniş etməsini tələb edir. Haqlı olaraq sürücü buna etiraz edir və hansı qanuna uyğun bu əməli etdiyini soruşur. 

Qeyd edək ki, bir müddət öncə BNA bəzi küçələrdə parklanmanın ödənişsiz olduğunu üzərində əks etdirən yol nişanları quraşdırmışdı. Və agentlik əlavə olaraq da məlumat yaymışdı ki parklanmaya icazə verilən istənilən yerdə avtomobil saxlamaq ödənişsizdir.

Qanunsuz “pul yığan” bu şəxslərə qarşı isə hələ də tədbir görülmür.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?