Yol polisi sürücüyə belə kömək etdi

  • 08.02.2020
  • 0

Dünən Bakıda daha bir Yol Patrul Xidməti əməkdaşları nümunəvi addımları ilə fərqləniblər.

 

YPX.AZ xəbər verir ki, Bakıdan Xaçmaz rayonuna ailəsi ilə qonaq gedən Əliyev Qismət Ramiz oğlu təkərində yaranan problemlə əlaqədar olaraq yolda qalıblar.


“Qaynar xətt”imizə yazan oxucumuz hadisənin gecə saat 03:00 radələrində baş verdiyini bildirib. Bu zaman ərazidə xidmətdə olan YPX əməkdaşları yaxınlaşaraq vətəndaşın problemini aşkar edərək ona kömək ediblər.

 

Hadisəni video qeydə alan oxucumuz bizə müraciət edərək, həmin 99 YP 193 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə olan YPX əməkdaşlarına təşəkkürünü bildirib və bunun ictimailəşdirilməsini xahiş edib.

 

Oxucumuzun bizə göndəridiyi səs yazısını olduğu kimi sizlərə təqdim edirik:

Nə düşünürsən?