Azərbaycanlı seksual model “Dolce & Gabbana”nı saxtakarlıqda ittiham edir

  • 07.02.2020
  • 0

Azərbaycanlı əsilli Ukrayna modeli, "Miss Ukrayna 2015” titulunun sahibi Fəridə İbrahimova dünya markası "Dolce&Gabbana”nı fikir oğurluğunda ittiham edib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, cazibədar model "Instagram” səhifəsində sözügedən brendin reklamını paylaşaraq, hesabında yayımladığı videosüjetin eynisi olduğunu diqqətə çatdırıb.

"Videomu iki il əvvəl Ravelloda çəkmişdim. "Dolce&Gabbana” mənim fikrimi oğurlayıb. Bu isə ilk dəfə deyil. Diqqətlə baxın, videoda eyni yerlər və eyni fikir”, - deyə İbrahimova yazıb.

 

196 min izləyicisi olan Fəridənin izləyicilərinin əksəriyyəti onu müdafiə edərək, bu məsələdə haqlı olduğunu dilə gətiriblər.

Nə düşünürsən?