Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul olunacaqlar

  • 07.02.2020
  • 0

"Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş" müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar".Bunu"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan işçi qrupun rəhbəri Fərhad Hacıyev mətbuat konfransındaaçıqlayıb. Eyni zamanda müsabiqəyə qəbul edilən şəxslərin sayı və müsabiqə şərtləri ilə bağlı da məlumat verilib.

''"Yüksəliş" müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək'' Bunu Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.Onun sözlərinə görə bunun üçün Dövlət İmtahan mərkəzi ilə danışıqlar aparılır və Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik ediləcək.İşçi qrupunun rəhbəri müsabqiəyə marağın həddindən çox olduğunu və 5 min iştirakçı gözlədikləri halda bu rəqəmin artdığını bildirib.

Fərhad Hacıyev sabah müsabiqənin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanının, fevralın 16-da isə ümumi bilik üzrə əsas imtahanın təşkil ediləcəyini qeyd edib. İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.Şərtlər barədə hər bir iştirakçıya məlumat göndərilib.

Yüksəliş" müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı müsabiqə bitəndən sonra 1 il ərzində mütləq təhsilə xərclənməlidir.

Nə düşünürsən?