Deputatlığa namizəd görüşü yarımçıq qoyub qaçdı

  • 07.02.2020
  • 0

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.

"Yeni Sabah" xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər. 

Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?