Yük maşını hərəkətdə olarkən alovlandı

  • 07.02.2020
  • 0

Hərəkətdə olan yük maşınında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunda, Bərdə rayonunun Qarayusifli kəndi ərazisində qeydə alınıb. Kamaz markalı yük maşını hərəkətdə olan zaman qoşqusunda apardığı ot tayası yanmağa başlayıb. Hadisəyə səbəb isə yol kənarındakı meşə zolağında baş verən yanğın göstərilir.

Hazırda FHN əməkdaşları hadisə yerindədir və yanğını söndürməyə çalışır.

Nə düşünürsən?