Rusiyada erməni seksual manyak tutulub

  • 07.02.2020
  • 0

Rusiyanın Rostov şəhərində zorlama və silsilə qətllər törətməkdə ittiham olunan keçmiş erməni hərbçi David Sarabaşyan mühakimə olunacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsinin regional şöbəsi məlumat yayıb.

Bildirilir ki, David Sarabaşyan 2018-ci ilin oktyabrında Rostov şəhərində 25 yaşlı qadına təcavüz edərək qətlə yetirməkdə şübhəli bilinərək tutulub. Müstəntiqlərin dediyinə görə, Sarabaşyan ona “Suvorovski” yaşayış kompleksinin ərazisində hücum edib, boynuna gödəkçəsini ataraq təcavüz edib, sonra isə boğaraq öldürüb. Qurbanının şəxsi əşyalarını oğurlayaraq hadisə yerindən qaçıb.

Erməni hərbçinin cinayət işinin istintaqı zamanı müstəntiqlər onun bir sıra oxşar cinayətlərdə iştirakını müəyyənləşdirə biliblər. Müstəntiqlərin dediyinə görə, seksual manyak cinayət fəaliyyətinə 2000-ci ildə, Rostov şəhərində yerləşən hərbi hissədə xidmət edən zaman başlayıb. Məlum olub ki, həmin ilin aprel və oktyabr aylarında xidməti yerini tərk edərək qadınlara hücum edib. 27 və 32 yaşlarında olan Rostov qadınları hərbçinin qurbanı olublar, onları yerlərə sürüyərək xəlvət yerə çəkib, təcavüz edib və kəmərlə boğub.

Nə düşünürsən?