Загрузка...

Zaqatalada velosipedçinin vurulduğu qəzanın görüntüləri

07.02.2020 | 67 | 0

Zaqatalada velosipedçini maşın vurub.


YPX.AZ xəbər verir ki, hadisə fevralın 4-də Zaqatala rayonunun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1979-cu il təvəllüdlü Veysəl Oruc oğlu Balabəyov velosiped ilə hərəkətdə olarkən arxada hərəkətdə olan “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

 

Qəza zamanı ağır xəsarət alan V. Balabəyov əvvəlcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılsada vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


 “Qaynar xətt”imizə göndərilən qəza anını əks etdirən videonu sizlərə təqdim edirik:

Nə düşünürsən?


<