Biznes qurmaq istəyən qadına qarşı şok hərəkət

  • 06.02.2020
  • 0

Bakıda bir qadın biznes qurarkən dörd kişi tərəfindən aldadıldığını deyir. Qadın iddia edir ki, o tanıdığı şəxslərdən xeyli sayda avtomobili sonda ona qalacağı vədi ilə kirayə alaraq taksi sürücülərinə günlük 25 manata icarəyə verib. Amma bir müddət sonra həmin şəxslər avtomobillərinetibarnamələrini ləğv edərək sürücülərdən alıblar.

34 avtomobili kirayə götürən qadın aldadılığını deyir.

Hadisə paytaxt sakini Samirə Məmmədovanın başına gəlib. Qadın iddia edir ki, 2018-ci ildə Azər Yolçuyev, Teymur Yaqubov, Aif Qasımov və qardaşı Aydın Qasımovla şifahi sövdələşmə ilə müxtəlif markalı 34 avtomobili kirayə götürüb. Qadın həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olan şəxslərə günlük 25 manatdan kirayə verib. Avtomobilin əsl sahiblərinə isə lizinq maşınlara görə banka 385, özlərinə isə 300 manat, nağd olan avtomobillərə görə isə Azər, Teymur, Arif və Aydına 900 manat ödəniş etdiyini iddia edir.

Samirə Məmmədova deyir ki, onlarla aralarında rəsmi müqavilə olmayıb. Amma qadın hər bir avtomobilə görə etdiyi ödənişlərin qəbzini özündə saxlayıb. Samirə Məmmədova iddia edir ki, adı çəkilən şəxslər aldatma yolu ilə ona külli miqdarda ziyan vurublar.

Qadın bu işlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.Məsələ ilə bağlı avtomobilləri qadına kirayə verən Azər Yolçuyevlə əlaqə saxladıq. Həmin şəxs də iddia edir ki, Samirə Məmmədovanın həyat yoldaşı avtomobillərin aylıq ödənişindən onlara az pul verməklə 100 min manat ziyan vurub. Azər Yolçuyev də polisə müraciət etdiyini və işin araşdırıldığını dedi. Tərəflər arasındakı anlaşmazlığa hüquqi qiymət istintaqın yekununda veriləcək.

Nə düşünürsən?