Qəbələdə ağır yol qəzası baş verdi

  • 06.02.2020
  • 0

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gənc sürücü idarəetməni itirib və avtomobil ağaca çırpılıb. Nəticədə sürücü ölüb. Gəncədə isə avtomobil süpürgəçi qadını vuraraq öldürüb.

17 yaşlı sürücünün idarə etdiyi maşının ağaca çırpılması ölümlə nəticələnib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonundan keçən ərazisində qeydə alınıb. Qəbələ rayon, Vəndam qəsəbə sakini, 17 yaşlı Ramin Lətifli idarə etdiyiavtomobillə İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında olan ağaca çırpıb.

Nəticədə sürücü Ramin Lətifli aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Qəbələ rayon Vəndam qəsəbə sakini, 19 yaşlıŞəhriyar Xəlilov isəmüxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gəncədə isə süpürgəçinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olanminik maşını yolu süpürənElminaz Məmmədovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?