Zaqatalada qorxunc anlar: Canavar evə hücum edib parçaladı

  • 06.02.2020
  • 0

Zaqatalada kəndə hücum edən canavar təsərrüfata ziyan vurub. 


APA TV xəbər verir ki, hadisə rayon mərkəzinə ən yaxın kənd olan Çökəkobada baş verib.


Gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin tövləsinə soxulan yırtıcı 8 baş xırdabuynuzlu heyvanı parçalayıb, üçünə isə xəsarət yetirib. 

Ərazi üzrə baytarlıq idarəsindən verilən məlumata görə, parçalanan heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Yaqub Kəmlayevin təsərrüfatı və heyvanların basdırıldığı ərazi isə dezinfeksiya edilib.


Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təsərrüfatlara ziyan verir. Son iki ayda quduzlaşmış yırtıcıların otlaq sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 baş heyvan ölüb.

Nə düşünürsən?