Qatar qəzası baş verdi - Ölü və çox sayda yaralı var

  • 06.02.2020
  • 0

İtaliyada sürət qatarı qəzaya uğrayıb.

Hadisə nəticəsində ən az 2 nəfər həlak olub, 30-u yaralanıb.

Ölənlərdən biri maşinist, digəri isə dəmiryolu işçisidir.

Qəzaya səbəb Milandan Romaya gedən qatarın relsdən çıxması olub.

"Corriere della Sera” qəzetinin xəbərinə görə, hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub.

Qatar səfərləri müvəqqəti olaraq təxirə salınıb./publika.az

Nə düşünürsən?