Ürəkdağlayan görüntü: Maşın azyaşlını vurub havada uçurdu

  • 06.02.2020
  • 0

Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.


“Report”un xəbərinə görə, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.


Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.


Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.


Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?