Nizamlanmayan piyada keçidini nizamlayan it

  • 06.02.2020
  • 0

Batumidə insanlara örnək ola biləcək maraqlı hadisə video qeydə alınaraq sosial şəbəkədə paylaşılıb.

 

YPX.AZ xəbər verir ki, hadisə Gürcüstanın Batumi şəhərində qeydə alınıb. Belə ki, piyada keçidinə yaxınlaşan azyaşlı uşaqlardan ibarət olan qrupu görən itin etdiyi əməl insanları heyrətə gətirib.

 

Yolda avtomobillərin piyada keçidinə əhəmiyyət vermədən yollarına davam etdiyini görən it yolun hərəkət hissəsinə daxil olaraq maşınlara sanki “Dayan” göstərişi verərək hürməyə başlayır. Daha sonra piyada keçidindən keçən uşaqlara bələdçilik edir yaxınlaşan avtomobillərə hürərək xəbərdarlıq edir.

 

Bu maraqlı görüntülər hadisəyə şahidlik edənlər tərəfindən video qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

 

İtin bu ağıllı hərəkəti insanlarda xoş təəsürat yaradıb və onun bu əməli izləyicilər tərəfindən “qaydaları bəzi sürücülərdən daha yaxşı bilir” kimi şərhlərlə dəyərləndirilib.

Qeyd edək ki, bu itin ilk belə hərəkəti deyil. Əldə etdiyimiz videolardan da bunu görmək olar.

Nə düşünürsən?