Azərbaycanda kişi 11 yaşlı oğlanı zorlayıb - ŞOK GÖRÜNTÜ

  • 06.02.2020
  • 0

Ağsuda dəhşətli və utancverici hadisə yaşanıb.


Oxu24.com   xəbər verir ki, 30 yaşlı A.M. 11 yaşlı oğlana cinsi təcavüz edib.


Hadisə yeddi ay əvvəl baş verib. Təcavüzə məruz qalmış uşağın danışıqları əsasında manyak həbs olunub. Onun məhkəməsi başa çatmayıb, lakin təcavüz faktı təsdiqlənib.


Uşaqların atası Şamonun bibisi ATV-nin “BizimləSən” proqramına gələrək uşaqlara yardım göstərilməsini istəyib. Bibinin sözlərinə görə, Şamo uşağına təcavüz edən manyakı bağışlayıb və bu səbəbdən onların atalarından alınıb dövlətə verilməsini istəyib. 


Məhkəmə iclaslarının birində ata oğluna təcavüz edən şəxsə sövdələşmə təklif edib. 250 manat qarşılığında onu bağışlayacağını bildirir. İçki düşkünü olan Şamo 250 manatı alır və bağışladığını deyir.


Bibi deyir ki, Anar Məmmədov Ağsuda “Kepkalı Ramiz”in oğlu kimi tanınır və onun bundan əvvəl də azyaşlılara təcavüz etdiyi deyilir. Hətta Ağsuda bu hərəkəti üstündə onu döyüblər, bir həftə qanın içində olub.


Şamonun iki övladı var: 12 yaşında qızı və təcavüz edilmiş 11 yaşlı oğlu. Uşaqlar məktəbə getmirlər. Uşaqların atası içki düşkünüdür, ana isə beş ildir, onları tərk edib.


Qeyd edək ki, pedofilin işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Atanın bağışlamasından asılı olmayaraq, A.Məmmədov cəzasını alacaq. Onu ən az yeddi il həbs cəzası gözləyir. BAKU.WS

Nə düşünürsən?