Həmkəndlilər arasında dava, bir nəfər bıçaqlandı

  • 06.02.2020
  • 0

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Asif Abdiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Asif Abdiyev həmkəndlisi Asəf Namazov və onun atası ilə dava edib. Bu zaman Asif Abdiyev həmkəndliləri tərəfindən bıçaqlanıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?