Bakıda dəhşət: Qadını qonaq adı ilə aparıb evdə başını kəsdilər

  • 06.02.2020
  • 0

2019-cu  ilin  iyulun  5-də  Abşeron  rayonu,  Mehdiabad   qəsəbəsi   məcburi  köçkünlərin   yaşadığı   binada  baş  vermiş  dəhşətli   hadisənin  təfərrüatı  məlum  olub.


Xocalı   şəhərindən   məcburi    köçkün    olan    1969-cu  il   təvəllüdlü    Aybəniz    Kazımova    çoxsaylı    bıçaq   zərbəsi  ilə   qətlə   yetirilib. Daha  sonra  qadının  başı   kəsilib.


Oxu24.com   xəbər   verir    ki,  hadisə   ilə  bağlı   Space TV-də Amil Xəlilin  təqdimatında yayımlanan "Gəl dərdini danış"  verilişində    qətlə   yetirilmiş  şəxsin  qohumları    qətlin    şok   təfərrüatını    açıqlayıb.  


Zərərçəkmiş   şəxsin   yaxınları qətldə   onlar   üçün  qaranlıq   məqamların    olduğunu    və  qətli   törədən   şəxsin  gizlədildiyini     iddia    ediblər.




Qətlə   yetirilən   şəxsin   xalası  Elyana  Nurməmmədova   açıqlamasında      qətlin   necə  baş   verdiyini   açıqlayıb.


“Qətl   baş  verməmişdən   iki   gün   öncə   bacım   qızı   Aybəniz    qardaşına   və  eltisinə     təsadüfi    söhbət    zamanı   deyib  ki, onda    müəyyən    sirrlər   var.  Amma    bu  sirrin   nə  olduğunu    deməyib.  Heç   qardaşı   da  söhbətin  üstünə  çox   getməyib.  Bircə   onu  deyib  ki,  qaynı   Fərhad   Allahverdiyevin    ailəsi  ilə  bağlı   ağır   sirri    bilir.  Aybənizin     həmişə   Fərhadgilnən    problemi  olub. O  vaxtdan  münasibətləri   olmayıb. Son illərdir  ki, barışmışdılar.     Fərhad   ağır  xəstə   yatırdı. Vərəm   xəstəsi   idi. Hadisədən   bir   gün  əvvəl  Aybəniz  yoldaşı  ilə   gedib   Fərhada     dəyibmiş. Aralarında   heç  bir narazılıq,  mübahisə ,başqa  söz-söhbət   olmayıb.

Üstündən   bir   gün   keçəndən  sonra    Aybənizin    baldızı    qızları   rayondan  Bakıya  gəlib. Qızlar    Aybənizə    deyiblər   ki, xəstə   yatan  dayıları   Fərhadı   görmək  istəyirlər.  Amma  evin   yerini   bilmirlər.  Saat    hardasa   axşam  7-i olub.  Aybəniz   baldızı   qızlarını   da   götürüb   qaynının   yaşadığı   binaya  gedib.  Qətl   həmin  gün, həmin  evdə   müəmmalı  şəkildə   baş   verib. Həmin gün  evdə  Aybənizi   qətlə   yetirdiyi   deyilən  qaynı  Fərhad  Abdullayev, onun  arvadı  Tərlan   Allahverdiyeva,Fərhadın   bacısı   qızları   Gülsarə  və  Günay  bacıları, Günayın  qayınanası  Qiyamət  və   Fərhadın  oğlu Afiq  olub. İndi   bizdə  sual  yaranır. Bu  qədər  adamın   içəriisndə   ölüm  ayağında  olan  xəstə   bir adam  Aybənizə  


9  bıçağı  necə vurub  və   başını  necə  kəsib?”


Hadisə  nə  üstündə  baş  verib?  Qətlin  sirr pərdəsinin  arxasında nə dayanır?


Elyana  Nurməmmədova   bildirir ki, bacısı  qızını  ora  planlı  şəkildə  aparıblar. Qətlin  isə  ölüm  ayağında olan, xəstə   kişi  tərəfindən  tək   törədilməsi  onlar üçün  şübhəli   məqamdır.  Onlar  ehtimal   edir  ki,  Fərhad  Abdullayev  Aybənizi  tək   qətlə   yetirə  bilməzdi.

“ Bacım  qızının   qətli  əvvəlcədən  planlaşdırılmış  şəkildə   təşkil   olunub. Necə olur ki, rayondan   Bakıya   gələn  Günay  və  Gülsarə    bacıları    dayılarının  evinin  yerini   bilmirdi? Onlar  Aybənizi   əvvəlcədən  hazırladıqları  plana  uyğun  olaraq  xəstəni   yoxlamaq  adı  ilə  evə aparıblar. Oradaca   vəhşicəsinə  onu  öldürüblər.

Daha  sonra  qətli   ölüm ayağında  olan, xəstə  Fərhadın  üstünə  atıblar.  Guya  Fərhad   Aybənizi    bıçaqla  vuranda  deyib  ki,  Aybənizi   ona  qurd  yağı  yedirtdiyinə    görə    öldürür.  Bu   ağ   yalandır.  Aybəniz   hadisədən   bir  gün  qabaq   əri  ilə  həmin  evdə  olanda  niyə  bu   məsələ  olmayıb?

Buradan   adi  bir  məntiqi   sual  çıxır. Əli  əsən, yataqda   xəstə  olan   60 yaşlı  kişi  cavan  və  sağlam   qadına  9  bıçaq vurub,daha   sonra  onun  başını  kəsə  bilərmi?

Və  bu hadisə   baş  verən  zaman  bir   otaqlı   evdə  olan  o  qədər  adam   bundan  necə  xəbər   tutmayıb? Bir  nəfər   necə  olub  ki, həkimə, polisə, qonşuya xəbər verməyib? Siz  buna   inanırsınızmı?

Həmin  adam   təkbaşına  bu  qətli  törədə   bilməz. Ən  azından  bunun   ona  fiziki  cəhətdən  gücü  çata bilməz. Xəstə  adam uzağı  ona  1-2 bıçaq   vura    bilər. Adam başı  kəsmək  heç də asan  iş  deyil. Adam  toyuq  deyil ki,  başın  kəsən   kimi   ölsün. 

O  qədər   millətin  içərisində,  xəstə adam  təkbaşına  cavan  və  sağlam   gəlinə  9 bıçağı  vurub,  başını  kəsə  bilərdimi? Bəs  evdə  olan  digər   5  nəfər   nə edib?”


Qətlə   yetirilən  Aybəniz   Kazımovanın   xalası   Elyana  Nurməmmədova  iddia   edib   ki,  bacısı   qızı   Aybəniz    həmin   ailənin  sirrini   bildiyi  üçün  əvvəlcədən  hazırlanmış   plan  əsasında  qətlə   yetirilib.




“ Burada   qaranlıq  məqamlar   çoxdur. Aybənizi   çağırıb   ora  aparan  baldızı  qızları   Günay  və  Gülsarə   ilkin   dindirilmə   zamanı  fərqli   ifadələr   veriblər. Qızlardan   biri  deyib   ki, əvvəllər  dayısının   evinə   gedib. Əgər  onlar  dayısının  evinin   yerini    bilirdisə,  niyə   Aybənizi   ora   evin   yerini   göstərmək  adı  ilə  aparıblar?  Onlar   istintaqa  yalan   ifadə   verirlər.  Deyirlər  ki,  guya  qətli  görməyiblər. Həmin  vaxt   evdə   olmayıblar. Onlar  qətl  baş  verən  zaman   hamısı  evdə  olub  və  hər   şeyi   görüblər.


 

Hadisə   baş  verən   zaman  qonşular  səs-küy  eşidib.Gəlib   qapını  döyüblər ki, sizdə   nə olub? Fərhadın  arvadı  Tərlan   qapını   örtüb ki,  bizdə  heç nə olmayıb, uşaqlar  səs-küy   salır. Görünür  ki, onlar   Aybənizin   tam  ölməsini    gözləyiblər.  Öləndən  sonra  saat 11-də   qonşular   həkimə    zəng  edib. 


Tutaq  ki, Aybənizi   Fərhad   vurub. Bəs   evdə   olan  o qədər   adamdan   niyə  bir  nəfər   polisə,  həkimə   zəng   etməyib? Qonşular  deyir  ki,  hadisə  baş  verən  zaman  Fərhadın  oğlu Afiq   üstü-başı   qan  içərisində  evdən  çıxıb. Onun  üstündə  qan   hardan  imiş? Hadisədən   sonra   əraziyə  polis  gələndə evdə olan  bütün adamlar   binanın  arxasında  maşına   mindirilib   ərazidən  qaçırılıb. Bunlar  hamısı  izi  itirmək  üçün  əvvəlcədən  qurulmuş   plan  olub. 


Cinayətdə müəmma: Qatil  bir saat əvvəl qadının evinə nəyə  gəlibmiş?


Elyana  Nurməmmədova  bildirir  ki,  hadisə  baş  verən gün  o Aybənizgildə olub.Hadisədən  bir  neçə  saat əvvəl  Fərhadın   Aybənizin   arxasınca  onların   evinə   gəldiyini   görüb.




“Həmin günü   mən  Aybənizgildəydim. Aybəniz   evi   yığışdırmağa  başladı. Qızının  uşağını   mənə  verdi  ki, saxlayım. Birdən   gördüm  ki,  qapı  açıldı. Fərhad  əsə-əsə   girdi  evə. Özlüyümdə   sual  verdim  ki,  bu   ölüm ayağındadır. Durub   bu  vəziyyətdə  necə   gəlib  Aybənizgilə?

Özümü  saxlaya  bilməyib soruşdum ki,  bura   necə  gəlmisən. Fərhad yalandan  dedi  ki,  Aybənizgilin  evinin  yanına   aptekdən  dərman  almağa   gəlib. Halbuki, özlərinin  evinin    yanında   aptek  var. Mənə   sonradan   məlum  oldu  ki, Fərhad  Aybənizin   arxasınca  evə   planlı  şəkildə  gəlibmiş. Məni  orda  gördükdən  sonra  çıxıb   gedib.  Fərhad   taksi  tutub   Aybənizin   evinə   gələndə   arvadı  Tərlan  aşağıda   taksidə   oturub    onu   gözləyirmiş.”

Hadisə  zamanı  tapılan  bıçaqlar  kimin  olub?

Elyana  Nurməmmədovanın   sözlərinə   görə, evdən   6 ədəd  bıçaq  tapılıb. Onlardan  3-dən  qətldə   istifadə   olunub.Amma  həmin  bıçaqlarda  kimin  əl  izinin  olması  faktı  bizə  məlum   deyil.



Xatırladaq  ki,  1969-cu  il  təvəllüdlü    Aybəniz    Kazımovanı  qətlə  yetirən   şəxs  Fərhad  Abdullayev  daha  sonra  özünə  xəsarət  yetirib. O,  bir neçə  gün  sonra  xəstəxanada  vəfat  edib. Faktla  bağlı  Cinayət  Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq  gedir.


Nə düşünürsən?