MSK Fərəc Quliyevə xəbərdarlıq etdi

  • 05.02.2020
  • 0

MSK, Fərəc Quliyevlə bağlı Baş Prokurorluğun qərarını gözləyəcək. MSK-nın sədri Məzahir Pənahov bildirib ki, əgər baş prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər. Bu arada Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərar da ləğv edilib.


Mərkəzi Seçki Komisiyası Fərəc Quliyevlə bağlı şikayətə baxıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayət Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.Qeydə alınmış namizədə xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.


Msk-nın sədri Məzahir Pənahov isə bildirib ki, Fərəc Quliyevin namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı İkinci Seçki Dairəsini ciddi nəzarətdə saxlanılacaq. O, həmçinin bildirib ki, şikayətçi tərəfindən Fərəc Quliyevlə bağlı Baş Prokurorluğa və Ombudsmana da müraciət edilib. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər.


Msk-da həmçinin 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə də baxılıb. Bildirilib ki, məsələ araşdırılıb və həqiqətən də məntəqə seçki komissiyasının bir üzvü İqbal Məmmədovun seçkiqabağı təşviqat kampaniyasında iştirak etməsi təsdiqini tapıb. MSK-da məsələ müzakirə edilib, qərara alınıb ki, Dairə Seçki Komissiyası məsələni araşdırsın.


Msk-nın bu günkü iclasında 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərar isə ləğv edilib. MSK-nın qərarına əsasən, Dairə seçki komisiyyası məsələyə yenidən baxacaq. Bu qərar Rəşad Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.


İclasda həmçinin Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilib. Bildirilib ki, Qarabağın erməniəsilli Azərbaycan vətəndaşları səsvermədə iştirak edə bilər


İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.

Nə düşünürsən?