Mingəçevirdə həyətə pilikan quşu düşüb

  • 05.02.2020
  • 0

Mingəçevir sakinin həyətinə köçəri həyat yaşayan quş düşüb. Məlum olub ki, elektrik naqilinə toxunandan sonra düşüb və yaralanıb. Adı qırmızı kitaba düşən vəhşi quş aidiyyatı üzrə təhvil verilib.

Qırmzı kitaba düşən quş yaralı halda şəhər sakinin həyətinə düşüb.

Mingəçevirdə yaşayan Elşad Zülfüqarov səhər saatlarında yaşadığı evin həyətinə yaralı iri bir quşun düşüdüyünü görüb. Küləkli havada yüksək gərginlikli elektrik xətlərinə dəyən canlı ayağının birindən zədə alıb. İri dimdikli pilikan quşu daha çox balıqla qidalanır. Köçəri həyat sürən vəhşi quş su hövzələrində daha çox görünür.

Yaralı halda həyətə düşən pilikan quşunu Elşad Zülfüqarov 8 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşlarına təhvil verib. İdarə əməkdaşları quşu götürərək baytar nəzarətinə verib.

Qeyd edək ki, pilikan quşu tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Nə düşünürsən?