Azərbaycan polisi öz ampulasında

  • 05.02.2020
  • 0

Azərbaycan hüquq mühafizə orqanlarında yetərincə vətandaşlarla xoş münasibət içində olan polislərimiz var.

 

YPX.AZ bacardıqca belə halları işıqlandırır, bu əlaqələrin daha da möhkəmlənməsində vasitəçi olmağa çalışır. Son günlərdə isə sosial şəbəkələrdə təqdir alan iki video izləyənləri qürurlandırıb. 

 

İlk görüntüdə Xızı rayonu ərazisində hərəkətdə olan təcili tibbi yardım aftomobilini müşahidə edən polis əməkaşlarını görürük. 

Belə ki, təcili tibbi yardım aftomobili vaxt itirməmək üçün hərəkət istiqamətinin əksinə gedir, YPX əməkdaşları isə sayrışan işıqlarını qoşaraq öndə ona yol açır, ünvana lazımı vaxtda çatmasına çalışır.

 

Digər videoda isə Sumqayıtda xidmətdə olan YPX əməkdaşları yolu keçmək istəyən yaşlı kişini görərək xidməti avtomobillərini yolun sağ kənar hissəsinə çəkərək saxlayır, digər əməkdaş isə həmin vətəndaşın yanına gedir, onun əlindən tutur və yolu keçməkdə ona köməklik göstərir. 

 

Çox gözəl, qürur verici bu görüntülər həmin ərazilərdən keçən təsadüfi hərəkət iştirakçıları tərəfindən video qeydə alınıb.

Polis əməkdaşlarının bu qürurlandırıcı əməlləri isə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun səslənirdiyi aşağıdakı ifadələrin əyani sübutudur:

 

“Vətənimizə, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək bizim şərəf borcumuzdur...”

Nə düşünürsən?