İngiltərədə təyyarə təhlükəli eniş etdi

  • 05.02.2020
  • 0

İngiltərənin Lids-Bradford hava limanında güclü küləklə əlaqədar təyyarə təhlükəli eniş edib.

Trend-in məlumatına görə, təyyarə uçuş-eniş zolağına enməzdən əvvəl güclü yırğalanmaya məruz qalıb.

Əvvəlcə sağ, sonra sol şassi üzərinə eniş edən təyyarə qısa müddət sonra hərəkətini sabitləşdirə bilib.

İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.

Nə düşünürsən?