Avtobuslar hər gün dezinfeksiya olunacaq

  • 04.02.2020
  • 0

Koronavirusa qarşı tədbirlər planı çərçivəsində avtobus daşımaları da nəzarətə götürülüb. Baxmayaraq ki, Azərbaycanın Çinlə birbaşa müntəzəm marşrut xətti yoxdur. Kənar ölkələrdən virusun keçmə riski olduğu üçün bütün avtobuslarda mütəmadi olaraq dezinfeksiya işlərinin icrasına başlanıb.

Koronavirusla bağlı beynəlxalq avtobusların hər gün dezinfeksiyasına başlanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda epidemiya riskinin aradan qaldırılması üçün tədbirlər görülür. Xüsusilə də beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işləri gündəlik olaraq icra edilir.

Dezinfeksiya işləri avtobusun salonundan başlayaraq, baqaj və digər hissələrdə də icra edilir.

DANX-in mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, həmçinin region avtovağzallarından çıxan avtobuslarda da dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, dezinfeksiya işləri daşıyıcı şirkət və müvafiq təmizləyici şirkətlə razılıq əsasında görülür. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları isə mütəmadi olaraq bu prosesə nəzarət edir.

Nə düşünürsən?