Ülviyyə Aynişanın toyundan danışdı

  • 04.02.2020
  • 0

"İnsanların xoş gününə sevinməyi görəsən biz niyə bacarmırıq? Toplumun 70%-i niyə bu qədər aqressiv və qəddardır".

BiG.AZ xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli bir neçə gün öncə toyu olan Aynişan Quliyeva haqqında yazıb:

"Niye baxdığımızda yaxşını yox,pisi axtarırıq? Şəxsən mən bu toydan ləzzət aldım. Ona görə ki, hər kəs səmimi idi. Bəy ve gəlin bir- birlərini olduğu kimi seviblər. Ətrafa xoş olsun deye hereket etmirdiler.Ona göre de mene göre çox da "cool" görünürdülər.Manitor arxasında şire dönen dedi- qoduçular,inandırım ki,yerlərinde olmağı çox arzu edənlərdənsiz.Qaldı Aybeniz xanımın toyda oxumağı meni o qədər kövrəltdi. Üzümü necə gizlədim görünməsin bilmirdim.Bir ana yeganə uşağını heç kimin bilmədiyi necə şərtlər ve çetinlikler keçirerek böyüdüb. Balasının xoş günüdür. Niyə də sevinməsin?!Bəzi rəylər meni o qədər qıcıqlandırdı ki,döze bilmedim. Empati qurmaq hissi bizimkilərdə yoxdu. Olsa bu qədər qəddarcasına ve kobudcasına rəylər olmazdı. Allah xoşbəxt etsin demək bu qədərmi çətindi? İnsana etdiyi yaxşılıqlar qalır. Heç kimi birincisi qınamayın.İkincisi pisin içinde belə yaxşını görmeyi tərbiyələndirin daxilinizdə.Qısacası her şey bomba kimi idi. Xoşbəxtlərin xoşbexti ol! Mama da baxsın sevinsin".

Nə düşünürsən?