Bakıda narkotik alverçiləri tutulub

  • 04.02.2020
  • 0

Bakıda narkotik alverçiləri tutulub. Saxlanılan iki nəfərdən polis 7 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkar edib. Onlar zəhərli maddələri satış üçün əldə etdiklərini deyiblər.

Narkotik maddələrin satışı ilə məşğul olan şəxslər tutulub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Polis əməliyyatla Bakı şəhər sakini Daşqın Axundzadəni saxlayıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 25 qramdan çox marixuana aşkar edib.

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

Baş İdarə əməkdaşları Qaradağ rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynovu saxlayıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 45 qram ola heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı cinayət işi başlanıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib.