Zöhrə Abdullayeva: "Ailəsindən başqa..."

  • 03.02.2020
  • 0

"Məmmədbağır Bağırzadənin ailəsi var idi. Bununla bərabər onun gözəl sevgilisi də olub. Ona sevgili demək olmaz, çünki onu Məmmədbağırın ikinci ailəsi hesab etmək olardı.Onlar 20 il birlikdə yaşayıb".

Unikal.org xəbər verir ki,  bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva prodüser Tarix Əliyevin (Tolik) “Youtube” layihəsinə qonaq olarkən deyib. Müğənni M.Bağırzadə ilə duet oxuduğu zamanlarda onların sevgili olduğunu da düşünənlərin olduğunu bildirib:

"Bizim sevgili olduğumuzla bağlı söhbətlər eşitmişəm. Onun yoldaşı rəhmətə gedəndən sonra mənimlə evləndiyini deyirdilər. Çox nahaq ki, belə düşünüblər. Məmmədbağır subay vaxtı Nazpəri Dostəliyevaya mahnılar yazıb. Açığı subay vaxtı ondan çox xoşu gəlirdi.Sonra Yeganə adlı həkim qızla böyük sevgi yaşadılar. Düzdü uşaqları yox idi, amma 20 il Yeganəni sevdi. Mən yalan danışa bilmərəm, ailəsini də sevirdi, onu da. Məmmədbağır yediyi qaba tüpürən adam deyildi. O yalnız sevgilisini nağıllardakı kimi çox istəyirdi".

Nə düşünürsən?