Mebel sifariş edən Bakı sakini aldadılıb

  • 02.02.2020
  • 0

Elan saytlarının birində gördüyü mebeli sifariş edən şəxs aldadılıb.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Səbuhi Qüddəsərov iddia edir ki, Binə qəsəbəsində yerləşən mənzilinə mebel yığdırmaq istəyib. Bu məqsədlə yanvarın 15-də internetdə axtarış edib. Qarşısına çıxan mebellərdən birini bəyənən şəxs onu sifariş etmək qərarına gəlib.

Mənzilə gələn şəxs mebelin ümumilikdə 400 manata başa gələcəyini deyib və 200 manat beh alıb. Həmin vaxtdan sonra onun telefonuna zəhg çatmayıb.

Elə vətəndaşın yanında biz də həmin şəxslə əlaqə saxlamağa çalışdıq, ancaq zənglərimizə cavab verən olmadı.

Hüquqşunaslar isə bildirir ki, vətəndaşlar bu kimi hallarda diqqətli olmalıdır. Tövsiyə olunur ki, alınan hər hansı bir əşya üçün əvvəlcədən pul ödənilməsin. Yaxşı olar ki, alınan əşya təhvil veriləndən sonra ödəniş edilsin. O da tövsiyə edilir ki, belə hallardan zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər.

Nə düşünürsən?