Evdən çıxa bilməyən vuhanlılar pəncərədən qışqıraraq bir-birlərinə "güclü olun" dedilər

  • 31.01.2020
  • 0

Sosial şəbəkələrdə yayılan video təsirləndirir.

Bax.tv Milli.Az-aistinadla xəbər verir ki, kadrlar koronavirusun mənbəyi olan Vuhan şəhərində çəkilib. Görüntülərdə evdən çıxa bilməyən sakinlərin pəncərədən bir-birini motivasiya etməsi əks olunub.

Yerli sakinlər dəfələrlə"güclü olun" şüarını səsləndirdikdən sonra xorla vətənpərvər ruhlu mahnılar oxuyublar.

Sosial şəbəkələrdə yayılan video qısa zamanda minlərlə dəfə paylaşılıb.

Nə düşünürsən?