Azərbaycanda 13 tibbi ərazi bölməsi yaradılıb

  • 30.01.2020
  • 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) "Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, hazırda icbari tibbi sığorta şimal-qərb bölgəsində tətbiq olunur. Sığorta haqlarının yığımına isə aprelin 1-dən başlanacaq. Digər bölgələrdən bu regionlara səfər edənlər də təcili tibbi yardım xidmətindən pulsuz yararlanacaqlar.

Vüqar Qurbanov qeyd edib ki, tibb müəssisələrində digər qurumlarla əlaqə saxlamaq, xüsusilə də jurnalistlərin sullarını cavablandırmaq üçün məsul şəxslər də olacaq.

İcbari tibbi sığorta üzrə xidmətlərin sayı ildən-ilə daha da təkmilləşdiriləcək.

Nə düşünürsən?