Ögey anası 14 yaşlı qızın başına "oyun açdı"

  • 30.01.2020
  • 0

İstanbulda semestr tətili üçün atasının evinə gedən 14 yaşlı qızın başına dəhşətli olay gəlib.

XəzərXəbər xəbər verir ki, yeniyetmə qızın ögey anası onun başından aşağı qaynar su töküb. Nəticədə tələbə qızın bədənində müxtəlif dərəcəli yanıqlar meydana gəlib. 3 dəfə əməliyyat olunan 14 yaşlı qızın müalicəsinin davam etdiyi bildirilib.

Polis tərəfindən saxlanılan ögey ana məhkəmə qarşısına çıxarılıb, nəzarətdə qalması şərti ilə sərbəst buraxılıb.

Nə düşünürsən?