Ard-arda qayda pozan sürücü bu əməlini video qeydə aldı

  • 30.01.2020
  • 0

Sürücü kobud qayda pozdu və bunları video qeydə alaraq sosial şəbəkədə paylaşdı.

 

YPX.AZ xəbər verir ki, qayda pozan sürücü qayda pozmağı bəs deyilmiş kimi bunları video qeydə alaraq paylaşım edib.

 

Belə ki, Hüseynbala Əliyev küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığı yanması səbəbindən avtomobillərin dayandığını görüb gözləmək istəmir və əks yola çıxıraq svetoforun qırmızı işığına məhəl qoymadan yoluna davam edir.

 

Qeyd edək ki, sürücü bir əli ilə telefonu digər əli ilə həm sükanı tutur həm də sürət qutusunu idarə edir. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?