Qayda pozan sürücü və onu "görməyən" YPX

  • 29.01.2020
  • 0

Bu gün səhər saatlarında Yusif Səfərov küçəsində bir sürücünün qayda pozuntusu digər hərəkət iştirakçısı tərəfindən video qeydə alınıb.

YPX.AZ xəbər verir ki, Yusif səfərov küçəsi ilə hərəkətdə olan zaman köməkçi yoldan baş yola çıxan 90 LO 373 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib. Belə ki, hərəkət zamanı yola çıxan sürücü öz zolağı ilə hərəkət etmək yerinə birdən-birə əlavə olaraq dörd zolaq kəsərək soldan birinci zolağa çıxıb və hərəkətini davam etdirib. Qeyd edək ki, hadisə baş verən zaman sürücünün çıxdığı küçədən bir neçə metr irəlidə YPX əməkdaşlarının xidmət apardığı da videodan görünür və bu hadisə onların gözündən yayınır. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?