Balakəndə təmirə gətirilən avtomobil sexdə yandı

  • 29.01.2020
  • 0

Balakəndə maşın təmiri sexi yanıb. 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Katex kəndində Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kvadratmetr olan və hazırda fəaliyyət göstərən maşın təmiri sexində yanğın baş verib. 

Hadisə nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilən, Ramin Davudova məxsus minik avtomobili yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Balakən və Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissələrinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?