Sürücülərə tələ quran YPX əməkdaşı haqqında araşdırmalara başlanıldı

  • 27.01.2020
  • 0

Sosial şəbəkələrdə Yol Patrul Xidməti əməkdaşlarının sürücülərə tələ quraraq onları cərimə etməsinin iddia edildiyi video görüntü yayılıb.

YPX.AZ xəbər verir ki, hadisə “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə baş verib. Videonu qeydə alan sürücü iddia edir ki, yol polisi əməkdaşları xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edir, onlara yol verməyən sürücüləri saxlayaraq məsuliyyətə cəlb edirlər.

Görüntülərdən aydın olur ki, iki patrul avtomobili dairə boyunca durmadan hərəkət edərək sanki qayda pozan sürücü axtarırlar.

YPX.AZ olaraq mövzu ilə bağlı BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəisi bildirdi ki, məsələ ilə bağlı artıq araşdırmalar aparılır və nəticəsi yaxın zamanda ictimaiyyətə bildiriləcək.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?