Kobi Brayantın ölümü ilə bağlı şok gerçəklər - Helikopter qəzasının detalları açıqlandı

  • 27.01.2020
  • 0

NBA əfsanəsi Kobi Brayant helikopter qəzasında, 41 yaşında həyatını itirib.

Oxu24.com  Offsideplus.az-a istinadən xəbər verir ki, dünyanı yasa boğan qəzada Kobinin 13 yaşlı qızı Cianna Brayant da ölüb.

Faciəvi qəzanın təfərrüatları məlum olub... Kobi Brayant qızı Cianna ilə basketbol oyunu izləmək üçün helikopterə miniblər. Helikopterdə Ciannanın bir dostu və valideyninin olduğu bildirilir.

Los-Anceles polis idarəsinin açıqlamasına görə, helikopterdə 9 nəfər olub.

TMZ helikopter qəzasına 'pilot səhv'inin səbəb olduğunu iddia edib ...İddiaya görə, pilot güclü dumana görə 15 dəqiqə dövrə vurub. Vertolyot əvvəlcə qərbə, sonra cənuba doğru istiqamət alıb.

Cənubda dağ yolunun olduğunu başa düşə bilməyən pilot 1200 metrdən 2000 fut yüksəyə qalxaraq fəlakətə zəmin hazırlayıb. Təyyarə 171 fut məsafədə 298 km sürətlə dağa çırpılıb.

Los-Anceles Polis İdarəsi vertolyotun yerə düşdükdən sonra alovlandığını bildirib. "Hadisə yerinə çatmaq üçün 8 dəqiqə və yanğını söndürmək üçün 1 saat vaxt lazım oldu. Helikopterdə 9 nəfər var idi. Pilot və əlavə 8 nəfər. Adları bəlli olduqdan sonra mətbuata açıqlayacağıq''.

Qeyd edək ki, ilk yayılan məlumatlarda Kobinin həyat yoldaşı Vanessa və digər qızlarının təyyarədə olduğu deyilmiş, daha sonra bu iddia rədd edilmişdi. 

Nə düşünürsən?