Əks yola çıxan avtobus çətin anlar yaşatdı

  • 26.01.2020
  • 0

Bakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

10 TF 965 dövlət qeydiyyat nişanlı, 211 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Məhəmməd Xiyabani küçəsində qoşa xəttin tələblərini pozaraq əks istiqamətdə hərəkətini davam etdirib. Sürücü qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşmadan son anda xilas olub. Öz zolağı ilə hərəkətdə olan  digər avtomobillər hərəkət istiqamətini dəyişərək qəzanın baş verməsinin qarşısını alıblar.

Avtobusun sürücüsü isə işıqforda yenidən öz zolağına qayıtmaq üçün digər nəqliyyat vasitələrinin önünə çıxıb.

Qeyd edək ki, belə qayda pozuntusu üçün İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə 100 manat və 4 cərimə balı nəzərdə tutulur.

Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasını da nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi də müvafiq araşdırma aparmalıdır.

Nə düşünürsən?