Qəbələ yolundakı dəhşətli qəzada bir ailənin üç üzvü ölüb - QƏZANIN GÖRÜNTÜLƏRİ

  • 26.01.2020
  • 0

İsmayıllıdan Qəbələyə turist aparan avtobusun qəzaya uğraması nəticəsində ölən şəxslərin adları bəlli olub.  

YPX.AZ xəbər verir ki, ölən üç nəfər bir ailənin üzvləridir. 

Qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb. 

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb. 

Qeyd edək ki, bu gün Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, 15-ə qədər adam isə yaralanıb. 

Nə düşünürsən?