25 yanvara olan hava durumu

  • 25.01.2020
  • 0

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Nə düşünürsən?