Qayda pozmağa çalışan sürücü əsəbləşdi

  • 25.01.2020
  • 0

Yanvarın 22-də Abdulvahab Salamzadə küçəsində 44 BJ 034 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kobud qayda pozmağa cəhd edib. 

Belə ki, sürücü vaxtında hərəkət etmək istədiyi zolağa keçmədiyi üçün 1.5 nişanlanma xəttinin bitdiyini görüb son anda xarici işıq siqnalını yandıraraq, ara məsafəsini gözləmədən digər sürücünün önünə keçərək zolağı dəyişmək istəyib. Yan zolaqda hərəkətdə olan sürücünün ona yol verməsini tələb edərək idarə etdiyi avtomobil ilə onu sıxmağa çalışıb. 

Həmin anlar digər avtomobildə olan “videoregistrator” tərəfindən qeydə alınıb. Sürücülərin mübahisəli görüntülərini əks etdirən videonu olduğu kimi sizlərə təqdim edirik:

Nə düşünürsən?