Evdən oğurluq edən şəxs saxlanılıb

  • 25.01.2020
  • 25 baxış
  • 0

İsmayıllıda evdən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, İsmayıllı şəhər sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Polis şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olan rayon sakini Samir Əsədli olduğu müəyyən edilib. Məlum olub ki, evdə heç kəsin olmamasından istifadə edən oğru zərərçəkmişə məxsus qiymətli əşyaları, o cümlədən mirvari boyunbağını, qol saatını və digər əşyaları götürüb.

S.Əsədli şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Nə düşünürsən?